Obamanın nənəsi Həccdən qayıtdı
26 noyabr 2010 14:15 (UTC +04:00)

Obamanın nənəsi Həccdən qayıtdı

ABŞ prezidentinin Keniyada yaşayan nənəsi Sara Obama Həcc ziyarətini başa vuraraq, vətənə qayıdıb.

Lent.az-ın “lematin.ch” saytına istinadla xəbərinə görə, 88 yaşlı Sara Obama Həcc ziyarətinə Səudiyyə kralının şəxsi dəvəti əsasında gəlib. Ölkəyə qayıtdıqdan sonra isə o, medianın diqqət mərkəzində olub.

“Mən nəvəm Barakın müsəlman olması üçün dua etdim” - deyə o, “Əl Vatan” qəzetinə bildirib. Həcc ziyarətindən ağızdolusu danışan Sara, nəvəsinin siyasəti barədə sualları cavablandırmaqdan imtina edib. O, kral Abdullaha qonaqpərvərliyə görə təşəkkür etməklə kifayətlənib.

Avqust ayında ABŞ-da keçirilən rəy sorğusunun nəticələrinə görə, hər 5 amerikalıdan biri Obamanı müsəlman hesab edir. Halbuki, qaradərili prezident xristian olduğunu dəfələrlə bildirib.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar