Şimali Koreya: Addım-addım müharibəyə yaxınlaşırıq
26 noyabr 2010 14:21 (UTC +04:00)

Şimali Koreya: Addım-addım müharibəyə yaxınlaşırıq

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ və Cənubi Koreyanın Sarı dənizdə keçirməyə hazırlaşdığı birgə hərbi təlimlərə qarşı çıxan Şimali Koreyanın yaydığı bəyanatda bildirilir ki, məsuliyyətsiz qüvvələrin Şimali Koreyaya qarşı planlaşdırdığı müharibə təxribatları üzündən yarımadada durum müharibə ərəfəsinə çatıb.


ABŞ isə Şimali Koreyanın bəyanatına dərhal cavab verib. Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, Cənubi Koreya ilə birlikdə keçiriləcək hərbi təlim öncədən planlaşdırılıb, eyni zamanda ABŞ-ın Cənubi Koreyanın müdafiə etməsi ilə bağlı öhdəliyi var.

Qeyd edək ki, Sarı dənizdə Şimali və Cənubi Koreya arasında sərhədlər birtərəfli qaydada 50 il əvvəl ABŞ tərəfindən müəyyənləşdirilib. Şimali Koreya bu sərhədləri tanımır. Müşahidəçilər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin Şimali Koreya ilə müharibəyə yol açacağını istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar