Ərdoğanın gözünə erməni bayrağı sancıldı
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Beyrutda keçirilən aksiya zamanı bir qrup erməni Rəcəb Tayyib Ərdoğanın şəhərdə asılmış böyük plakatını parçalayıb.
Bir neçə erməni Türkiyənin baş nazirinin portretinin asıldığı dayaqlar üzərinə çıxıb və plakatda Rəcəb Tayyib Ərdoğanın gözü olan hissədə Ermənistan bayrağını sancıblar.
Ermənilər aksiyanın qarşısını almağa çalışan Livan polisinə daş atıblar. Qeyd edək ki, Türkiyənin baş nazirinin Livana səfərinin birinci günü də bir qrup erməni Beyrut aeroportunun qarşısına toplaşıb. Onların əllərində “Müasir Türkiyə – Dünənki Türkiyə!”, “Ərdoğan qurbanlarımızın qarşısında diz çökməlidir!”, “Livanlılar Türkiyənin qanlı tarixini unutmurlar!” sözləri yazılmış plakatlar olub.

715