Ermənistan ordusu bu il 44 hərbçi itirib
2010-cu ildə Ermənistan ordusu 44 hərbçini itirib, onlardan yalnız 7-si qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, bu rəqəmləri Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.
A. Sakunts bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il 31 hərbçi hərbi xidmət zamanı bu və ya digər səbəblərdən dünyasını dəyişib: “Uzun illər ərzində o qədər üstü açılmamış qətllər yığılıb, o qədər məsələ öz həllini tapmamış qalıb ki, bu kimi ölüm halları və onlara qeyri-adekvat münasibət artıq dözülməz həddə çatıb. Hətta bu məsələyə marağının artması belə qanunsuzluqlara və korrupsiyaya uğramış sistemi xilas edə bilməz. Əgər Ali Baş Komandan bu kimi məsələləri gündəmə gətirən insanlara nifrət etdiyini deyirsə, onda yalnız siyasi məqsədlər üçün istifadə olunan hərbi rəhbər heyətdən nə gözləmək olar? Məgər digər 7 halı nəzərə almasaq, 37 ölüm faktına görə bir komandir və ya zabit məsuliyyətə cəlb olunub? Çox tez bir zamanda baş verən hadisəyə görə sıravi əsgəri ittiham edirlər və onun könüllü etirafı nəticəsində qərar qəbul olunur. Bu ali səviyyəli absurddur. Mən Ali Baş Komandanın, müdafiə nazirinin və baş qərargah rəisinin istefasını tələb edirəm”.

Oxşar yazılar

39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30
Avropa Ittifaqının Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48