Sudan bölünür
25 noyabr 2010 19:40 (UTC +04:00)

Sudan bölünür

Sudanın yeraltı sərvətləri ilə zəngin olan cənub bölgəsinin müstəqilliyi ilə bağlı referendumun keçirilməsinə həftələr qalmış gərginlik artır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Sudan prezidenti Ömər Əl Bəşirə bağlı şimal ordusunun cənubu bombaladığı iddia edilib.

Hərbi vertolyotlar cənubda bir hərbi bazaya hücum edib. Hücum zamanı 4 əsgər və 2 mülki vətəndaş yaralanıb. Cənub bölgəsi Sudanda yenidən vətəndaş müharibəsinin alovlandırılaraq referendumun əngəllənməsinə çalışıldığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar