Evlənmədən cinsi əlaqədə olan sevgililərin cəzası - 100 qırmanc!
Birləşmiş Ərəb Əmirliklərində evli olmayan iki sevgili cinsi əlaqədə olduqları üçün məhkəmə tərəfindən 100 qırmanc cəzasına məhkum ediliblər.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, adı N.M. olaraq açıqlanan filippinli xidmətçi qadın və onun S.M. adlı banqladeşli sevgilisi qırmanclandıqdan sonra Birləşmiş Ərəb Əmirliklərindən deportasiya ediləcəklər.
Polis cütlüyü bir ev sahibinin S.M.-i N.M.-in olduğu evdən ayrılarkən gördüyünü söyləməsindən sonra saxlayıb. Müsəlman olan cütlük məhkəmədə evli olmadıqları halda cinsi əlaqəyə girdiklərini etiraf ediblər. Cütlük N.M.-in xidmətçi kimi çalışdığı evdə bir necə dəfə cinsi əlaqədə olduqlarını söyləyiblər. Birləşmiş Ərəb Əmirliklərində qüvvədə olan şəriət qanunları isə belələrinin mütləq qırmanclanmasını nəzərdə tutur.
Bu arada o da məlum olub ki, əgər xidmətçi qadının işlədiyi evin sahibi şikayətçi olarsa, onun sevgilisi evə sahibindən xəbərsiz gəldiyi üçün 1 il həbs cəzası da ala bilər.

798