Vaşinqton Pekinə minnətçi düşdü
25 noyabr 2010 13:28 (UTC +04:00)

Vaşinqton Pekinə minnətçi düşdü

ABŞ Şimali Koreyanın Cənubi Koreyanın Yeonpyeong adasını artilleriya atəşinə tutmasının məqsədli bir kampaniyanın tərkib hissəsi olduğuna inanmaq istəmir.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin yaydığı bəyanatda Vaşinqtonun Şimali Koreyanın təxribatçı davranışa son verməsi üçün Çinin nüfuzundan istifadə etməsini gözlədiyi vurğulanıb.
ABŞ Koreya yarımadasında durumu sabitləşdirmək məsələsində Çinin əsas rol oynaya biləcəyinə inanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar