BMT: HİV epidemiyası dayandırılıb
BMT-nin HİV/QİÇS Proqramının son hesabatı dərc olunub. Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, hesabatda bildirilir ki, HİV virusuna yeni yoluxanların və QİÇS-dən ölənlərin sayı dünya üzrə azalıb.
Keçən il HİV virusuna 2,6 milyon insan yoluxub. Bu, 1999-cu illə müqayisədə 20 faiz azdır. QİÇS-dən ölənlərin sayı da son 5 ildə 20 faiz azalıb və 2009-cu ildə bu rəqəm 1,8 milyon nəfər olub. HİV virusu ilə yaşayan insanların da sayı stabilləşib. Beləliklə, dünya üzrə HİV epidemiyasının dayandığını söyləmək olar.
Hesabat müəllifləri qeyd edirlər ki, dünya üzrə HİV virusuna yoluxanların sayı azalmaqdadır: “Ancaq yenə də dünyada HİV virusu ilə yaşayan 33 milyon nəfər ayrı-seçkiliyə məruz qalır”.
Sənəddə o da vurğulanır ki, dünyada HİV virusuna yoluxanların 70 faizi Afrikanın Cənubi Saxara bölgəsindədir. Ancaq bu bölgədə yerləşən Cənubi Afrika, Zambiya, Zimbabve və Efiopiyada bu xəstəliyə yoluxma hallarında azalma müşahidə olunur. Lakin Mərkəzi Avropa və Mərkəzi Asiyada HİV virusuna yoluxma və QİÇS-dən ölmə hallarında qəfil artım baş verib. Mərkəzi və Şərqi Avropada HİV virusuna yoluxanların sayı son 10 ildə 3 dəfə artıb.

521