Dənizçinin tilovuna donuz düşsə...
Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, balıqçılar Gelibolu sahilləri yaxınlığında dənizə tor atıblar.
Torun ağırlığını görən balıqçılar böyük bir balıq ovladıqlarını düşünərək seviniblər. Ancaq sahildən 50 metr uzaqlıqda dənizə atılan tora vəhşi donuz düşdüyünü görərək şoka düşüblər. Torun içində eşələnən və dənizə batıb çıxan donuz qayığa çıxardılıb. Ancaq qısa müddət sona tora düşən zaman ciyərlərinə su dolmuş donuz ölüb.
Vəhşi donuzun Geliboludan üzərək Lapsekə keçməyə çalışdığı ehtimal olunur. Bu vaxta qədər donuzların boğazların yaxınlığından, məsafənin az olduğu bir sahildən digər sahilə üzərək keçdikləri barədə söz-söhbət olsa da, təsdiqini tapmayıb. Dənizçilərin fikrincə, son hadisə bunun gerçək olduğunu sübut edir.
Qayıqdakı balıqçılardan Alican Ulaş deyib ki, uzun illərdir ki, balıqçılıqla məşğuldur, ancaq ilk dəfə dənizdə tora donuz düşdüyünü görür.

585