Türkiyə uzaq mənzilli raket alır
22 noyabr 2010 18:33 (UTC +04:00)

Türkiyə uzaq mənzilli raket alır

Türkiyə uzaq mənzilli raket seçimində qərar mərhələsinə gəlib. Lent.az-ın “trt.net.tr” saytına istinadən verdiyi məlumata görə, elan edilən tenderə maraq göstərən şirkətlər arasındakı rəqabət də artıb.

Türkiyənin hava və raket müdafiə sistemini inkişaf etdirmək üçün həyata keçirməyə hazırlaşdığı layihə T-LORAMİDS adlanır. İngiliscə qısaldılmış adın türkcə tərcüməsi “Türkiyə Uzaq Mənzilli Hava və Raket Müdafiə sistemi” deməkdir. Alınacaq raketlə bağlı seçim mərhələsi başlayıb və bu çərçivədə elan edilən tenderdə ABŞ “Patriot”, Çin “FD-2 BİN”, Fransa və İtaliya birgə istehsal məhsulları olan “Aster -30”, “SAMP-T”, Rusiya isə “S-300” və “S-400” raketləri ilə yarışır.

İtaliya-Fransa ortaq şirkəti Ankarada təmsilçilik açaraq ASELSAN, ROKETSAN və AYESAŞ ilə xoş niyyət protokolu imzalayıb. ABŞ firmaları isə Birləşmiş Ərəb Əmirliklərinə satacağı “Patriot” raketlərinin anten-rele stansiyası layihəsi, istehsalı və test fəaliyyətləri üçün ASELSAN-la 12 milyon dollarlıq müqavilə imzalayıb. Rusiya da daha öncə vermək istəmədiyi “S-400” raketlərini satmağı qəbul edib.

Xatırladaq ki, hazırda Türkiyənin əlində 144 kilometr mənzilli “Nike Hercules” raketləri var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar