BMT təmsilçisinin kompüterindən sənədləri oğurlatdıran tapılıb
Kiprin yunan icması BMT baş katibinin Kıpr üzrə xüsusi təmsilçisi Aleksandr Dovnerin köməkçisinin kompüterindən gizli sənədlərin oğurlanması qalmaqalı ilə çalxalanır.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, hadisə əslində keçən il baş verib.
Yunan Kiprinin Kəşfiyyat Təşkilatı prezident Dmitris Xristofyasın tapşırığı ilə Aleksandr Dovnerin köməkçisini izləməyə başlayıb. Daha sonra köməkçinin yanına “gətir-apar” işlərini görmək üçün bir yunan agent yerləşdirilib. Bu agent vasitəsilə köməkçinin gündəlik proqramları izlənməyə başlayıb. Daha sonra isə köməkçinin dizüstü kompüterinə casus proqramı yüklənərək gizli görüşlərin stenoqramlarının, yazışmaların olduğu 6500 səhifəlik 15 PDF dosyesi oğurlanıb. Dosyelərin içində Aleksandr Dovnerin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşlərinin notları da olub.
Bu dosyelər keçən il yunan mətbuatına da sızdırılıb. Yunan mətbuatı Aleksandr Dovneri türk tərəfkeşliyi etməkdə suçlayan yazılar dərc edib. Bundan sonra Aleksandr Dovner Dmitris Xristofyasla görüşərək izahat tələb edib. Amma yunan icmasının lideri olaydan xəbərsiz olduğunu, bunun “dərin dövlət əməliyyatı” ola biləcəyini söyləyib.
Lakin BMT bu qalmaqalın araşdırılması üçün ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edib. FTB istintaqı tamamladığı zaman bəlli olub ki, köməkçinin Kıprdə olmadığı zamanlarda 12 dəfə onun kompüterinə Kipr yunan icmasından giriş olub. FTB bu oğurluğu edən yunan agentin kimliyini də açıqlayıb.
“Politis” qəzetinin xəbərində oğurlanan sənədlərin məzmununun Dmitris Xristofyas tərəfindən istifadə edildiyi bildirilib. Qəzet bu oğurluğun məqsədinin BMT-nin müzakirələrdə aktiv iştirakına mane olmaq və Aleksandr Dovnerin etibarını zədələmək olduğunu yazıb. Yunan icmasının hadisəni ört-basdır etmək üçün qalmaqalın məclis komissiyasında müzakirəsinə mane olmaq istədiyi bildirilir.

555