Azərbaycanlı “qanuni oğrular”  öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ
03 may 2024 15:08 (UTC +04:00)

Azərbaycanlı “qanuni oğrular” öz əcəli ilə ölmürlər - Albert Rıjiyin qətlinin SƏBƏBLƏRİ

Qatil “qanuni oğru” Albert Rıjyi yaşayış kompleksinin idman mərkəzində fitneslə məşğul olarkən güllələyib öldürüb. Hansı ki, həmin günə kimi son səkkiz il ərzində Moskvada “qanuni oğrular”ın öldürülməsi faktı qeydə alınmayıb. Qatil uzun müddət kriminal başçının qonşuluğunda yaşayıb və cinayətdən sonra izlərini məharətlə gizlədib, lakin sonda əməliyyatçılar onu tapır.

Lent.az-ın hazırladığı bu materialda azərbaycanlı “qanuni oğru”lar arasında ölüm mübarizəsindən və bu qətllərin arxasındakı bəzi məqamlardan söhbət edəcəyik.

Albert Rıjiy kimdir?

Albert Rıjiy koloniyadan vaxtından əvvəl azad edilən ilk “qanuni oğru” kimi tanınırdı, buna görə də onun xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsi olduğundan şübhələnirdilər. Onu da deyək ki, kriminal aləmdə də Albert Rıjiyə ölüm arzulaya biləcək nəhəng düşmənləri var idi...

Albert Rıjiy

Albert Rıjiy nə vaxt öldürüldü?

Sankt-Peterburda doğulan, azərbaycanlı “qanuni oğru”, kriminal dairələrdə Albert Rıjiy kimi tanınan Əli Heydərovun Moskvada öldürülməsi faktı 2021-ci il aprelin 12-də saat 13:00 radələrində məlum olub. Kriminal avtorutet Scarlet Sails yaşayış kompleksində yaşayırdı və müntəzəm olaraq yerli fitnes mərkəzinə baş çəkirdi.

Albert Rıjiy necə öldürüldü?

Qətl günü Albert həmişəki kimi mühafizəçilərlə ora gəldi. Lakin mühafizəçilər trenajorda məşq edərkən “qanuni oğru” arxadan yaxınlaşan qatilin qarşısını ala bilmədi. Qatil sakitcə yaxınlaşıb onun kürəyinə bir neçə güllə atır. Bundan sonra fitnes mərkəzində çaxnaşma başladı, insanlar qorxu içində oradan qaçdılar, qatil bundan istifadə edir: o, qırmızı kürək çantasını götürərək yoxa çıxdı. İlkin məlumatlara görə, qətl qatilin bel çantasında gətirdiyi döyüş avtomatından törədilib. İlkin məlumatlara görə, qətl qatilin bel çantasında gətirdiyi avtomat silahla törədilib. Zərərçəkmişlə mübahisə etdikdən sonra o, silahı çıxararaq Heydərovu güllələyib.

Albert Rıjiyı kim öldürdü?

Bu hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (“Qətl”) və 222-ci (“Qanunsuz silah alveri”) maddələri ilə cinayət işi açıldı. Tezliklə mətbuatda Albert Rıjını güllələyən qatilin Mətləb Sultanov olduğu məlum olub.

Bu şəxs Azərbaycanda əvvəllər də qətl törətməkdə təqsirli bilinib. 2008-ci ildə Mətləb Sultanov ailə münaqişəsi zəminində bacısı Pərvanə Hüseynəliyevanı bıçaqlayaraq qətlə yetirib. Ona mane olmaq istəyən Pərvanənin ərinin qulağını kəsib. Ola bilsin ki, Albert Rıjiy Mətləb Sultanovun ikinci qurbanı oldu.

Hüquq-mühafizə orqanları qatil olduğu iddia edilən şəxsin axtarışına başlayıb. İlkin məlumatlara görə, Sultanov Albert Rıjiyin yaşadığı “Scarlet Sails” yaşayış kompleksində mənzil kirayələyib, həmçinin qətlin baş verdiyi fitnes klubuna üzv olub. Bəzi mənbələr bildirir ki, Sultanov bir ilə yaxın qurbanını izləyib. Qatil maskalanmak üçün həmin məkanda yaşayan bir qızla görüşməyə başlayıb. Diqqət çəkməsin deyə onunla birlikdə Albert Rıjiyin öldürüldüyü fitnes mərkəzinə baş çəkdilər. Lakin sonradan qatilin “sevgilisi” iddia edib ki, o, Sultanovun kim olduğunu bilmir. Qızın dediyinə görə, Sultanov özünü ona iş adamı kimi təqdim edib. Qız ifadə verərkən şübhəli şəxsdən uşaq gözlədiyini də açıqlayıb.

Albert Rıjiyı qətlini kim sifariş edib?

Qətldən sonra Sultanov marşrutunu və nəqliyyatını dəyişib, paltarını dəyişib və özünə yeni papaq alıb. Versiyalardan biri də budur ki, onun ortağı olub. Bütün bunlara baxmayaraq, o yaxalanıb. Həbsdən az qala dərhal sonra Mətləb Sultanov günahını etiraf edib. O, Albert Rejiyın qətlinə görə heç bir pul mükafatı almadığını və cinayətə səbəb kimi aralarındakı şəxsi münaqişə olduğunu bildirib. Albert Rıjiyin əslində niyə öldürüldüyü və cinayəti kimin sifariş etdiyi tam bəlli deyil.

Bəzi məlumatlara görə, müstəntiqlər Albert Rıjinin qətlinin iki əsas versiyası üzərində işləyiblər. Versiyalardan birinə görə, cinayətə səbəb Rıjiy ilə Azərbaycanın əsas qanun oğrusu Nadir Səlifov (Lotu Quli) arasında uzun müddətdir davam edən münaqişə olub. Qeyd edək ki, Lotu Quli özü də Türkiyənin Antalya şəhərində otel otağında killer tərəfindən güllələnib.

“Lotu Quli” və Albert Rıjiy arasındakı düşmənçiliyin səbəbi nədir?

İkinci bir versiyaya da var idi. Bəzi mənbələr iddia edir ki, Abert Rıjiyə qarşı edilən oğru dünyasının qisası olub. Bəzi mənbələr iddia edir ki, o hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirmiş.

“Lotu Quli”

Qeyd edək ki, kriminal aləmdə onu “Albert Piterskiy” kimi də tanıyırdılar. Bir zaman mediada məlumatlar yayılırdı ki, Əli Heydərovun “qanuni oğru” adı əlindən alınıb. Belə söyləntilər də var idi ki, “Lotu Quli” ona yenidən “qanuni oğru” adının qaytarılmasına imkan verməyib və buna veto qoyub. Buna səbəb isə Albertin 2017-ci ilin iyununda Türkiyənin Ədirnə şəhərində baş verən münaqişədə aradan çıxaraq polis maşınında gizlənməsi olub.

Albert Rıjiy polislə əl-bir olub?

Belə ki, iyun ayında Ədirnə şəhərində Albert Rıjiy ilə digər kriminal avtoritet Zaur Naxçıvanskiy arasında silahlı toqquşma baş verib. Qarşıdurma tərəflərindən biri “Lotu Quli”nin qardaşı Namiq Səlifov, Lyoxa İrkutskiy və Beso Rustavskiy olub. Bu qanlı davada Albertin türkiyəli mühafizəçilərindən biri ölür. Hansı ki, sonradan bu mühafizəçinin rəsmi polis əməkdaşı olduğu ortaya çıxır. Mühafizəçi Alberti öz silahı ilə müdafiə etmək istəyərkən, o yerindəcə öldürülüb. Bundan sonra Albert hadisə yerindən qaçır və gizlənir.

Hadisə zamanı Albertin etdiyi bu hərəkət və daha sonra qaçması kriminal aləmin qaydalarına zidd olduğu üçün onun “qanuni oğru” adı əlindən alınır. Lakin qısa zamandan sonra Albertin himayədarları onun adının geri qaytarılmasına nail olur.

Rövşən “Lənkəranski”

Qeyd edək ki, “Lotu Quli” ilə “Albert Rıjiy” arasındakı münaqişə bu hadisədən bir neçə il öncə başlayıbmış. Bu iki şəxs arasında gərginlik Alberti öldürmək istəyən killerlərin saxlanılmasından sonra daha da artıb. Guya bu iki  killer Qulinin sifarişi ilə Alberti aradan götürməli imiş. Gərginliyə yol açan digər səbəblərdən biri də Albertin Rövşən “Lənkəranski”nin tərəfində olması olub. Albert Rövşənin Ural üzrə nəzarətçisi “smotryayuşiy” olub. Rövşəndən sonra Quli Uralı öz təsir dairəsinə keçirib. Ona görə də Quli Ural və Rusiyanın cənubunda ən böyük təsir dairəsinə malik “qanuni oğru”lardan biri hesab edilirdi. Qulinin Ural üzrə nümayəndəsi Çelyabinskdən olan azərbaycanlı Rəhman Abdullayev idi. İlham Osmanov isə Ural üzrə “smotryayuşiy” rolunu oynayırdı.

Həmin ərəfədə Quli bəyan edib ki, Alberti Rıjiyi bundan sonra kriminal aləmdə kimsə “qanuni oğru” hesab edə bilməz. Qulinin bu qərarından sonra Albert “qanuni oğru” titulundan məhrum olub və kriminal aləmdə o avtoritet hesab edilməyib.

Sizcə, Qulinin ətrafı cinayətdə əli ola bilərdi? Yoxsa bu qətl hələ də maskalanmış xüsusi təyinatlılarla oyuna görə qisas ola bilərmi? Bu sualların cavabı hələ də açıq qalır.

Azərbaycanlı "qanuni oğru"lar

Bu sahəni yaxşı bilən bəzi insanların bildirdiyinə görə, ümumiyyətlə, Albert Rıjiy kimi azərbaycanlı oğrular, xüsusən də yaxşı tanınanlar öz əcəlləri ilə ölmürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12552
avatar

Cavidan HUN

Oxşar yazılar