Postsovet ölkələrinin ərazilərində ən nüfuzlu “qanuni oğru”lardan biri olan 63 yaşlı Georgiy Xmelidze (ləqəbi - “Xmelo” –red.) barədə yeni xəbər var.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, “Xmelo” Ukraynadan deportasiya edilir.
Qeyd edək ki, “Xmelo” oğru dünyasında Rustavi klanının başçısıdır. O, 2024-cü ilin martında Ukrayna vətəndaşlığından məhrum edilib.
Bu barədə Milli Polisin Strateji Araşdırmalar Departamenti məlumat yayıb. Qeyd olunur ki, o, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşama mərkəzində yerləşdirilib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarından sonra adı “qanuni oğru” “Xmelo”ya qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq edilib. Milli Polisin Strateji Təhqiqatlar Departamentinin əməkdaşları “qanuni oğru”nun Ukrayna vətəndaşlığını alması üçün qondarma əsaslar təqdim etmək üçün materiallar toplayıb. Buna görə də 2024-cü ilin martında Gürcüstan vətəndaşı Ukrayna vətəndaşlığından məhrum edilib.