01:11
26 Avqust 2020

Estoniya Belarusda keçirilən seçkiləri rəsmən tanımadı

Estoniya Parlamenti avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərinin nəticələrini rəsmən tanınmaması ilə bağlı bəyanat yayıb.

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, qanunverici orqan Belarusda nümayişçilərə qarşı güc tətbiq edilməsini qınayıb və saxlanılan bütün etirazçıların sərbəst buraxılmasına çağırıb.

Bəyanatda, həmçinin, qeyd edilib ki, seçkilər azad, ədalətli və demokratik şəraitdə keçirilməyib.

Dİgər xəbərlər