Ekspertlər hansı pikapların ən azı 400 min kilometr yol qət etmək ehtimalının daha yüksək olduğunu araşdırıblar.
Lent.az xəbər verir ki, araşdırmaya görə, ümumilikdə pikapların bu yürüş həddinə çatma ehtimalı orta hesabla 11,1 faizdir. İlk 12-liyə daxil olan modellərdən doqquzu yüksək yüklər üçün nəzərdə tutulan “heavy-duty” sinfinə aid ağır pikaplardır.
Siyahıya “Ram 3500” başçılıq edir. Bu modelin təxminən hər üç avtomobilindən biri, yəni 31,9 faizi 400 min kilometr həddini keçə bilir. Bu göstərici orta nəticədən 2,9 dəfə yüksəkdir.
İkinci yerdə 28,2 faiz göstərici ilə “Toyota Tundra”, üçüncü yerdə isə 26,2 faizlə “GMC Sierra” 3500HD qərarlaşıb.
Dördüncü sırada orta ölçülü “Toyota Tacoma” yer alıb. Bu modeldə göstərici 25 faiz təşkil edir ki, bu da orta səviyyədən 2,2 dəfə yüksəkdir.
Sonrakı yerlərdə göstəricilər tədricən azalır. “GMC Sierra 2500HD” 17,2 faizlə beşinci, “Ford F-350 Super Duty” 15,1 faizlə altıncı, “Ford F-450” isə 14,9 faizlə yeddinci olub.
Səkkizinci yerdə “Ram 2500” 14,3 faiz, doqquzuncu yerdə “Chevrolet Silverado 2500HD” 14,1 faiz nəticə göstərib.
İlk onluğu isə daşıyıcı kuzov quruluşuna malik orta ölçülü “Honda Ridgeline” 13,7 faiz göstərici ilə tamamlayıb.
On birinci yerdə “Ford F-250 Super Duty” 13,4 faiz, on ikinci yerdə isə “Chevrolet Silverado 3500HD” 11,7 faizlə qərarlaşıb. Sonuncu göstərici də pikaplar üzrə orta nəticədən bir qədər yüksəkdir.