13:05
19 İyun 2020

Qənirə Paşayeva bərbad muzeylərdən DANIŞDI: "İşıq da yoxdur"

“Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrılıb: “Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Bəzi muzeylərdə işıq yoxdur. İşıq olmayan muzeydə nə nümayiş etdiriləcək?”

Dİgər xəbərlər