“Huawei” yeni üçqat qatlanan telefonunu  təqdim edir
07 sentyabr 2026 04:36 (UTC +04:00)

“Huawei” yeni üçqat qatlanan telefonunu təqdim edir

0

“Huawei” bu gün, sentyabrın 7-də yeni “Mate XT 2 Ultimate Design” smartfonunu təqdim edir.

Lent.az xəbər verir ki, model şirkətin üçqat qatlanan telefon seriyasının yeni nümayəndəsidir.

“Mate XT “2 qatlandıqda adi smartfon ölçüsündə istifadə oluna, açıldıqda isə daha böyük ekran sahəsi təqdim edə bilir.

“Huawei” təqdimatla yanaşı yeni “HarmonyOS” versiyasını və bir sıra digər cihazlarını da nümayiş etdirəcək.

Üçqat qatlanan smartfonlar son dövrdə mobil bazarın ən diqqətçəkən istiqamətlərindən birinə çevrilib.

“Huawei” bu seqmentdə ilk kommersiya modellərindən birini təqdim edən şirkətlərdəndir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar