Başqa kənddə narkotik əkib-becərirdi - FOTO
03 iyun 2020 14:17 (UTC +04:00)

Başqa kənddə narkotik əkib-becərirdi - FOTO

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Aslan Şirinov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1909
avatar

Mehman Nəbiyev

Oxşar yazılar