Xırdalanda cambalkonun şüşəsi qırılıb, qadının başına düşdü.
Bu barədə TƏBİB-dən Lent.az-a məlumat verilib.
Bildirilib ki, bu gün saat 14:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası 46 yaşlı qadına yerində tibbi xidmət göstərib.
Onun başına cambalkonun şüşəsinin qırılaraq düşdüyü bildirilir.