16:51
22 Aprel 2020

Nazir müavini hamamda ölü tapıldı - YENİLƏNİB

Moskva vilayəti mədəniyyət nazirinin müavini Leonid Oşarin Yaltada kirayə etdiyi mənzilin hamamında ölü tapılıb. Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, onun üzərində zorakılıq əlamətləri olmayıb. Oşarinin intihar etdiyi deyilir.

***

Moskva vilayəti mədəniyyət nazirinin müavini Leonid Oşarin itkin düşüb.

Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, Oşarin martın sonunda Krasnodar vilayətinə gedib. Bir müddət orda qalandan sonra taksi ilə Yalta şəhərinə yollanıb. Həmin vaxtdan ondan xəbər yoxdur.

Oşarini regiondakı bütün xəstəxanalarda, meyitxanalarda axtarsalar da, tapa bilməyiblər. Hazırda onun axtarışı davam edir.

Dİgər xəbərlər