10:32
18 Dekabr 2019

Respublikada kolbasa istehsalında şok artım - RƏSMİ

Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,7 faiz, içki istehsalında 40,0 faiz, qida məhsullarının istehsalında isə 10,4 faiz artım müşahidə olunub.

Lent.az -a bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əsas istehsalı artan məhsullardan biri də kolbasa məmulatlarıdır. Belə ki, rəsmi açıqlamaya görə, kolbasa məmulatları 47,7 faiz artıb.

Bununla yanaşı, qənd və şəkər tozu istehsalı 37,8 faiz, qaymaq və xama istehsalı 22,6 faiz, cem və marmeladların istehsalı 11,0 faiz, alkoqolsuz içkilərin istehsalı 12,5 faiz artıb.

Dİgər xəbərlər