Sumqayıtda DƏHŞƏT:  əlində qumbara partladı, ölən var  - YENİLƏNİB
16 avqust 2024 11:35 (UTC +04:00)

Sumqayıtda DƏHŞƏT: əlində qumbara partladı, ölən var - YENİLƏNİB

Sumqayıtda baş verən partlayışla bağlı yeni təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata göər, hadisə şəhərin 8-ci mikrorayon ərazisindəki evlərdən birində baş verib. 

Belə ki, orada yaşayan, 1958-ci oil təvəllüdlü Truxin Sergey Valentinoviçin əlində qumbara partlayıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Bu barədə hüquq-mühafizə orqanlıarına məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu çıxıb.

Hazırda polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, avqustun 16-da saat 11 radələrində 66 yaşlı Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

saat 11:19

Sumqayıtda partlayış olub.

Lent.az xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar