Məşhur müğənni futbol klubunu  aldı
16 avqust 2024 13:44 (UTC +04:00)

Məşhur müğənni futbol klubunu aldı

Məşhur britaniyalı ifaçı Ed Şiran gözlənilməz addım ataraq "İpsviç Taun" futbol klubunun səhmlərinin bir hissəsini alıb. Bu xəbər həm musiqiçinin, həm də futbol komandasının pərəstişkarları üçün əsl sürpriz olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Suffolk qraflığında böyüyən Ed Şiran üçün bu, sadəcə bir sərmayə deyil, köhnə arzunun reallaşmasıdır. Uşaqlıqdan “Tractor Boys”un alovlu pərəstişkarı olan müğənni həmişə sevimli klubunun inkişafına töhfə vermək arzusunda olub.

“Doğma şəhərimin “İpsviç Taun” futbol klubunun səhmlərinin kiçik bir hissəsini aldığımı elan etməkdən çox məmnunam. İstənilən futbol azarkeşi dəstəklədiyi klubun sahibi olmaq arzusundadır və bu fürsətə görə çox minnətdaram. Mən 3 yaşımdan Suffolkda yaşayıram”, Ed Şiran öz duyğularını bölüşüb.

Ed Şiranın "İpsviç Taun"la əməkdaşlığı 2021-ci ildə komandanın formalarının sponsoru olduğu vaxtdan başlayıb. İndi musiqiçi ortaq sahibi olmaq üçün klubla münasibətlərini dərinləşdirməyə qərar verib.

Şiranın “İpsviç Taun”dakı səhmləri alması şou-biznes ulduzlarının futbola sərmayə qoyduğu ilk hadisə deyil. Əvvəllər oxşar addımları “Uotford” klubunun sahibi Elton Con, həmçinin “Rekshem”in sahibi olmuş aktyorlar Rayan Reynolds və Rob Makelhenni atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar