5 dərəcə şaxta  olacaq - Sabahın HAVASI
29 aprel 2025 12:41 (UTC +04:00)

5 dərəcə şaxta olacaq - Sabahın HAVASI

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq.

Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
 
Azərbaycanın əksər rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655

Oxşar yazılar