Lənkəranda DƏHŞƏT:  2 nəfər zibillikdə yanıb öldü - YENİLƏNİB
17 noyabr 2025 09:55 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: 2 nəfər zibillikdə yanıb öldü - YENİLƏNİB

0

Lənkəranda zibillikdə meyiti tapılan 2 nəfərin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, araşdırmalar zamanı onların 59 yaşlı Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olmaları  müəyyən edilib.

İlkin məlumata görə, onlar yanaraq ölüblər.

***

16 noyabr, saat 16:17

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

Meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2162

Oxşar yazılar