16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır./ APA
***
14:33
Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var.
Rayonunun Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma başlanıb./ APA