Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
16 noyabr 2025 12:39 (UTC +04:00)

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hikmət Hacıyevdən önəmli PAYLAŞIM

0

Hikmət Hacıyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü ilə bağlı daha bir paylaşım edib.

Lent.az paylaşımı təqdim edir:

“Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən, Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi, geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən Mərkəzi Asiya “6” kimi çıxış edir”.

Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub.

Sənəddə deyilir:

Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar