Çar II Nikolayın qızları niyə evlənməmişdilər?  Maraqlı faktlar
16 noyabr 2025 11:27 (UTC +04:00)

Çar II Nikolayın qızları niyə evlənməmişdilər? Maraqlı faktlar

0

Tarixdən məlum olduğu kimi, 1918-ci ildə bütün çar ailəsi Yekaterinburqdakı İpatyev evində güllələnib. Bu günə qədər mübahisələr davam edir: imperator, onun həyat yoldaşı və övladları həmin dəhşətli aqibətdən xilas ola bilərdilərmi? 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədqiqatçıların xüsusilə diqqətini cəlb edən isə II Nikolayın qızları idi. 

Nikolay II-nin böyük qızı Olqanın ölüm zamanı artıq 22 yaşı vardı. 1912-ci ildə Olqa ilə Nikolay II-nin əmisi oğlu Dmitri Pavloviçin nişanı baş tutmalı idi. Lakin anası Aleksandra Fyodorovna Dmitri Pavloviçi Rasputinə qarşı nifrətinə görə xoşlamırdı.

Dörd il sonra, 1916-cı ildə Olqa yenidən ərə getməyin astanasında idi. Bu dəfə namizəd başqa böyük knyaz - Boris Vladimiroviç idi. Lakin Aleksandra Fyodorovna bu təklifi də rədd etdi. Ona görə Boris sərbəst həyat tərzi və macəraları ilə tanınırdı, və imperatriçə əmin idi ki, Olqa belə bir adamla evlənməyə razılıq verməzdi.

Çarın ikinci qızı Tatyananın 1918-ci ildə 21 yaşı tamam olmuşdu. Əvvəlcə Tatyananı Serbiya kralı I Aleksandrın oğlu ilə evləndirməyi planlaşdırıblar. Hətta bu məsələ ilə bağlı ailələr görüşüblər. Lakin Birinci Dünya Müharibəsi başlayınca nişan danışıqlarının davam etdirilməsi mümkün olmayıb. Üstəlik, Tatyana anası və bacıları ilə birlikdə hospitalda yaralılara baxmağa başlayıb. Elə bil ki, onun şəxsi həyat barədə düşünməyə vaxtı olmayıb. Lakin məhz xəstəxanada Tatyana bir kornet - Dmitri Malama ilə tanış olub.

Aleksandra Fyodorovna da Malamaya isti münasibət bəsləyib, amma əlbəttə ki, bu münasibətlərin gələcəyi olmayıb.

Mariya Nikolayevna çarın üçüncü qızı idi, öldürüləndə cəmi 19 yaşı olub. Bir vaxtlar Rumıniyanın gələcək kralı Karol II Mariya ilə evlənmək istəyib. Lakin Nikolay hesab edib ki, Mariya hələ evlənəcək qədər yetkin deyil.

Romanovların ən kiçik qızı Anastasiya güllələnəndə cəmi 17 yaşında idi. Anastasiya bədən quruluşu ilə bağlı kompleks yaşayırdı, bacıları onu tez-tez “çuval” deyə ələ salırdılar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar