Buna susmaq olmaz  -  Pulla bağlı 1 nömrəli “Qırmızı bayraq”
15 noyabr 2025 13:47 (UTC +04:00)

Buna susmaq olmaz - Pulla bağlı 1 nömrəli “Qırmızı bayraq”

0

ABŞ-da fəaliyyət göstərən "Your Financial Therapist" şirkətinin baş direktoru və maliyyə terapevti Erika Vasserman münasibətlərdə maliyyə mövzusundan qaçmağın təhlükəli əlamət olduğunu bildirib. Onun sözlərinə görə, əgər tərəflərdən biri hər dəfə pul haqqında danışmaqdan yayınırsa, bu, tərəflər arasında uyğunsuzluğun ilk siqnalıdır.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Vassermanın fikrincə, xoşumuza gəlsə də, gəlməsə də, pul həyatın ayrılmaz hissəsidir və buna görə də maliyyə uyğunluğu münasibətlərdə böyük rol oynayır. Əgər tərəfdaş münasibətin ilk mərhələlərində maliyyə söhbətlərindən qaçırsa, çox güman ki, emosional bağ qurulduqdan sonra da bu davranış davam edəcək.

“Əgər hər iki tərəf maliyyə uyğunluğu üzərində işləməyə və açıq olmağa hazır deyilsə, bu münasibətləri yenidən dəyərləndirməyin vaxtı çatıb”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, davamlı münasibət üçün insan dialoqa açıq, həssas olmağa hazır və birgə inkişaf etməyə meylli olmalıdır. Əgər tərəfdaş maliyyə barədə danışmağa hazırdırsa, bu, əlaqənin gələcəyi üçün yaxşı göstəricidir.

Pul barədə söhbətlərə necə başlamaq olar?

Ekspert bildirir ki, maliyyə mövzusunda söhbətə birbaşa suallarla başlamaq düzgün deyil, çünki bu, insanları müdafiə mövqeyinə çəkir və onlarda narahatlıq yaradır.

Bunun əvəzinə, öz hekayələrinizi və şəxsi təcrübələrinizi bölüşmək daha yaxşıdır. Bu cür yanaşma vasitəsilə sizin dəyərləriniz təbii şəkildə üzə çıxır.

Əgər birbaşa danışmaq qaçılmazdırsa, bunu şəfqət və empatiya ilə edin. Unutmayın ki, hər kəsin pul mövzusu ilə bağlı öz təcrübəsi, öz inancları və həyat hekayəsi var, sərt və ittiham edici tonda danışmaqdan qaçının.

Vasserman əlavə edir ki, əgər biz tərəfdaşımızla kim olduğumuzu və niyə müəyyən qərarlar verdiyimizi bölüşmürüksə, birgə maliyyə addımları çox çətinləşir. Axı hər bir insanın həyatı dəyərləndirmə tərzi və şəxsi tarixi fərqlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar