İtaliya prokurorluğu Sarayevoda baş verən "insan safarisi" ilə bağlı istintaqa başlayıb.
Lent.az bildirir ki, "La Repubblica" qəzetinin məlumatına görə, varlı italyan turistlər 1992-1996-cı illər arasında mühasirə zamanı Bosniya paytaxtında mülki əhaliyə atəş açmaq üçün külli miqdarda pul ödəyiblər.
İstintaq araşdırmasına görə, bunlar pul müqabilində "həftəsonu snayperləri" olmaq imkanı təklif olunan iş adamları olub. Onlar Bosniyaya səyahət edir, silahsız mülki şəxslərə qarşı atışmalarda iştirak edib, sonra isə evlərinə qayıdıb normal həyatlarına davam ediblər.
Məlumata görə, bu şəxslərdən bəziləri axtarışa başlayanda İtaliyanın Triest limanını tərk edib və daha sonra maneəsiz geri qayıdıblar. İstintaqa materialları təqdim edən milanlı jurnalisti iddia edir ki, mülki şəxslərin edamında italyanların iştirakını təsdiqləyən şahid ifadələri toplayıb.
"La Repubblica" qəzetinin məlumatına görə, İtaliyanın baş prokuroru bu cinayətdə iştirak etdiyi iddia edilən bir neçə şübhəlinin siyahısına malikdir. Müstəntiqlər "safari" iştirakçılarının hərəkətlərini keçmiş Yuqoslaviya ərazisində törədilmiş müharibə cinayətləri kimi qiymətləndirirlər.
Günahları təqdiqlənərsə, təqsirləndirilən şəxslər insanlığa qarşı cinayətlərə görə uzunmüddətli həbs cəzası ilə üzləşəcəklər.