İlham Əliyev Özbəkistan prezidenti ilə təkbətək görüşdü - YENİLƏNİB
15 noyabr 2025 14:26 (UTC +04:00)

İlham Əliyev Özbəkistan prezidenti ilə təkbətək görüşdü - YENİLƏNİB

0

Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

***
13:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gedib.

Lent.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar