İmişlidə çınqıl karxanasında bədbəxt hadisə:  bir nəfər öldü
15 noyabr 2025 22:21 (UTC +04:00)

İmişlidə çınqıl karxanasında bədbəxt hadisə: bir nəfər öldü

0

İmişlidə çınqıl karxanasında baş verən bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Sabirabad sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun ön hissəsinin onu baş nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar