Lənkəranda baş verən qəzada xəsarət alanlar var.
Hadisə Ələt-Astara magistralının 164-cü km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini 1976-ci il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
İlkin məlumata görə “VAZ-2107” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətdə hərəkətdə idarə edərkən baş verib.
Faktla bağlı araşdırma aparılır./ APA