Bakının 3 rayonunda qaz olmayacaq
12 noyabr 2025 13:17 (UTC +04:00)

Bakının 3 rayonunda qaz olmayacaq

0

Bu gün Bakının Yasamal, Xəzər və Nərimanov rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, Xəzər və Nərimanov rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonunda isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar noyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Gülçülük yaşayış massivinin, Nərimanov rayonu üzrə Çermet qəsəbəsinin, S.Ələskərov, Hacı Murad, R.Şıxəliyev, V.Əmirsayadov, Ə.Rəcəbli, 1-ci və 2-ci Paralel, M.Uluqbəy, F.Yusifov, A.Nemətulla, Ə.Əliyev və Y.Çəmənzəmənli küçələrinin, Yasamal rayonu üzrə isə H.Cavid, Bülbül, Mətbuat, Azərbaycan, Azadlıq prospektlərinin, M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşenli, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və M.Rastropoviç küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar