Bakının bu ərazilərində bu gün işıq olmayacaq
17 noyabr 2025 09:28 (UTC +04:00)

Bakının bu ərazilərində bu gün işıq olmayacaq

0

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 17 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada təmir-təftiş və sınaq işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlar ilə əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Maştağa Sovxoz və Ramana Daş karxanaları yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar