İrəvanda "qanuni oğru" saxlanıldı
29 aprel 2025 18:52 (UTC +04:00)

İrəvanda "qanuni oğru" saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda “qanuni oğru” Gevork Oşakanski (Gevork Melikyan) da daxil olmaqla 4 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, Zvartnots hava limanının polis əməkdaşları “Range Rover” markalı avtomobili saxlayıblar.

Məlum olub ki, avtomobilin sürücüsü polis əməkdaşlarına saxta xüsusi buraxılış vərəqəsi göstərib. Maşında sürücüdən başqa daha üç nəfər olub, onlardan biri Gevork Oşakanskidir.

Daxili İşlər Nazirliyi də 4 nəfərin saxlanılmasını təsdiqləyib. Qeyd olunur ki, qayda pozuntularından əlavə, avtomobildən 7 ədəd psixotrop tablet aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar