Sabirabadda tövlədən kişi meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Qaralı kəndində qeydə alınıb.
Kənd sakini Mehdiyev Məhəmməd Kərəm oğlunun meyiti gecə saat 1 radələrində yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə aşkarlanıb. Meyiti mərhumun ailə üzvləri tapıblar. Lakin onun nədən öldüyü bilinmir.
Araşdırma aparılır.