Sumqayıtda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
45 yaşlı Əbişov Ərəstun Misirxan oğlunun meyiti həmin evin təmirsiz olan qonaq otağında aşkarlanıb. Lakin mərhumun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.