"Utro Dağıstan" Telegram kanalının yaradıcısı Türkiyədə öldürüldü
18 oktyabr 2025 19:14 (UTC +04:00)

"Utro Dağıstan" Telegram kanalının yaradıcısı Türkiyədə öldürüldü

0

Türkiyədə "Utro Dağıstan" (Dağıstan Səhəri) Telegram kanalının yaradıcısı Abakar Abakarovun meyiti tapılıb.

Lent.az xarici mediaya istinadla bildiri ki, Abakarovu xadimə kirayə götürülmüş villada huşsuz vəziyyətdə tapıb. Məlumata görə, kişi oktyabrın 7-də vəfat edib. Ölümündən əvvəl onun qonaq qəbul etdiyi, həmin şəxsin isə sonradan evdən çıxıb getdiyi bildirilir. Məlum olmayan həmin şəxsin özü ilə iki çanta apardığı deyilir. Türkiyədəki Dağıstan diasporası Abakarovun ölümünü şərh edərkən baş verənləri “qəddar qətl” adlandırıb.

KİV-lərin yazdığına görə, "Utro Dağıstan" Telegram kanalı iki il əvvəl Mahaçqala aeroportunda baş vermiş iğtişaşlardan sonra məşhurlaşıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza müharibəsi fonunda qəzəbli izdiham Təl-Əvivdən gələn təyyarənin sərnişinləri arasında yəhudiləri tapmaq üçün Mahaçqala aeroportuna soxulmuşdu. İğtişaşçılar terminal binasında sərbəst hərəkət edir, həmçinin uçuş-enmə zolağına qədər daxil ola bilirdilər. Onların hərəkətləri nəticəsində dəymiş ziyanın məbləği 24 milyon rubldan çox olub, iğtişaşlarda iştirak edən 100-dən artıq şəxs, o cümlədən 4,5 ildən 10,5 ilə qədər həbs cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar