“Mançester Yunayted”in yeni baş məşqçisi  o ola bilər
18 oktyabr 2025 13:45 (UTC +04:00)

“Mançester Yunayted”in yeni baş məşqçisi o ola bilər

0

Ruben Amorim postunu tərk edərsə, Roberto Mançini “Mançester Yunayted”in baş məşqçisi ola bilər.

Lent.az xəbər verir ki, 60 yaşlı italiyalı mütəxəssis Fransanın cənubunda yaşayır və son vaxtlar onların müxtəlif tədbirlərdə tez-tez rastlaşdığı bildirilir.

Mançini 2009–2013-cü illərdə “Mançester Siti”nin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 2012-ci ildə Premyer Liqanı qazanıb. Mançininin son iş yeri Səudiyyə Ərəbistanı millisi olub. Oradan 2023-cü ilin oktyabrında ayrılıb.

Cari mövsümdə İngiltərə Premyer Liqasında yeddi turdan sonra “Mançester Yunayted” 10 xal toplayaraq 10-cu yerdə qərarlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar