“Xiaomi” “iPhone 17 Pro Max”a  bənzər dizayna malik yeni smartfonunu təqdim etdi
17 oktyabr 2025 23:50 (UTC +04:00)

“Xiaomi” “iPhone 17 Pro Max”a bənzər dizayna malik yeni smartfonunu təqdim etdi

0

“Xiaomi” Redmi tarixində ilk “Pro Max” modeli olacaq yeni flaqman smartfon “Redmi K90 Pro Max”ın şəkillərini yayıb.

Lent.az xəbər verir ki, yayılan şəkillərdə ultra nazik çərçivələrə və böyük arxa kamera moduluna malik növbəti Redmi flaqmanının ağ versiyası göstərir ki, dizayn aydın şəkildə ən son “iPhone 17 Pro” və “17 Pro Max” modellərindən ilhamlanıb.

Kameranın sağında "Sound by Bose" etiketli dinamik var. Bu dizayn cihazın multimedia fokusunu vurğulayır.

“Redmi K90 Pro Max”in Çində qiyməti 4000 yuan (560 dollar) olacaq və cihaz “Snapdragon 8 Elite Gen 5” prosessoru ilə təchiz ediləcək.

Cihaza 6,59 düymlük 2K OLED displey, 100 Vt simli və 50 Vt simsiz enerji doldurma dəstəyi ilə 7500 mAh batareya və periskop telefoto obyektiv daxildir. Cihaz “HyperOS 3” və Android 16 ilə işləyəcək.

Model Redmi K90 modeli ilə birlikdə 27 oktyabrda Çində satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar