Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR
17 oktyabr 2025 17:44 (UTC +04:00)

Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı YENİ QƏRAR

0

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi qətl və qətl cəhdlərində ittiham olunan Azərbaycan əsilli şəxslərin həbs müddətini uzadıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmənin oktyabrın 16 və 17-də çıxardığı qərarlarla Əhləman Gəncəyev, Əziz Abbasov, Şahin Lalayev, həmçinin Akif, Ayaz, Bakir, Kamal və Mazahir Səfərovların həbs müddəti 29 dekabr tarixinədək uzadılıb.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb. Bundan sonra Səfərov qardaşlarından beşi, həmçinin Gəncəyev, Lalayev və Abbasov həbs olunmuşdu. Onlar 2001-ci ildə Yunus Paşayevin qətlində, 2010-cu ildə Fexruz adlı şəxsin öldürülməsinə cəhddə və 2011-ci ildə öz tanışlarından birinin qətlə yetirilməsində şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar