Polisə rüşvət verən azərbaycanlılara 14 il HƏBS CƏZASI
17 oktyabr 2025 12:57 (UTC +04:00)

Polisə rüşvət verən azərbaycanlılara 14 il HƏBS CƏZASI

0

Rusiyanın Çelyabinsk vilayət məhkəməsi Azərbaycan vətəndaşları Elçin Qasımov və Sadiq Rüstəmovun cəzasını sərtləşdirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlar müstəntiqə rüşvət verərək, qohumlarını insan oğurluğu işi üzrə məsuliyyətdən “xilas etmək” istəyərkən yaxalanıblar.

Məhkəmənin 19 iyun tarixli hökmünə əsasən, iki azərbaycanlı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin ‘a’ və ‘b’ bəndlərinə (rüşvət vermə) uyğun olaraq 3 il 6 ay azadlıqdan məhrumetmə və hər biri üçün 600 min rubl məbləğində cərimə ilə cəzasını ciddi rejimli islah həbsxanasında çəkməklə məhkum edilmişdi. Prokuror təyin olunmuş cəzanın yüngüllüyü səbəbilə hökmə etiraz edib. Çelyabinsk vilayət məhkəməsinin apellyasiya qərarı ilə hökm dəyişdirilib. Cinayət Məcəlləsinin 64-cü maddəsinin tətbiqi ilə bağlı göstəriş çıxarılıb və cəza sərtləşdirilərək biri üçün 7 il 3 ay, digəri üçün isə 7 il 6 ay azadlıqdan məhrumetmə ilə əvəz edilib.

Qeyd olunur ki, azərbaycanlılar 2024-cü ilin iyul ayında vəzifəli şəxsə rüşvət verməyə cəhd göstərərkən yaxalanıblar. Onlar insan oğurluğunda ittiham olunan qohumlarına qarşı açılmış cinayət işinə xitam verilməsi üçün istintaqçıya 300 min rubl (təxminən 6362 manat) təklif ediblər. Lakin istintaqçı bu barədə rəhbərliyinə məlumat verib. Nəticədə, həmin şəxslər bölgə üzrə FTX əməkdaşları tərəfindən saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 704

Oxşar yazılar