Adnan Əhmədzadənin cinayət işi üzrə ibtidai istintaq gedir.
Lent.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.
"Bununla bağlı istintaqı aparan qurum tərəfindən açıqlama verilib.
İstintaqın indiki mərhələsində istintaqın taktikası baxımından hər hansı bir əlavə məlumat vermək məqsədəmüvafiq deyil", deyə K. Əliyev bildirib.