Bu ölkənin səfiri   22-ci mərtəbədən özünü atdı
30 sentyabr 2025 17:51 (UTC +04:00)

Bu ölkənin səfiri 22-ci mərtəbədən özünü atdı

0

Cənubi Afrikanın Fransadakı səfiri Nkosinati Emmanuel Mtetva Parisdəki Hyatt otelinin həyətində ölü halda tapılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, diplomat bazar ertəsi günü itib. Onun telefonundan sonuncu siqnal Bulan meşəsi ərazisindən gəlib.

Səfirin həyat yoldaşı ərinin sonuncu mesajından narahat olaraq, polisə müraciət edib. Axtarış itlərinin cəlb olunduğu əməliyyat isə nəticə verməyib.

Axtarışlardan sonra səfirin cəsədi, yaşadığı 22-ci mərtəbəli otelin həyətində aşkarlanıb. Onun intihar məqsədilə özünü yerləşdiyi otelin binasından yerə atdığı ehtimal olunur.

Hadisənin təfərrüatları ilə bağlı istintaq davam edir.

Qeyd olunur ki, Nkosinati Mtetva 2024-cü ilin fevral ayında Cənubi Afrikanın Fransadakı səfiri təyin olunub və eyni zamanda ölkəsinin YUNESKO-dakı daimi nümayəndəsi vəzifəsini icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar