Azərbaycanda DOĞUŞ FACİƏSİ:  hamilə qadın öldü - YENİLƏNİB
30 sentyabr 2025 13:13 (UTC +04:00)

Azərbaycanda DOĞUŞ FACİƏSİ: hamilə qadın öldü - YENİLƏNİB

0

Masallıda hamilə qadın xəstəxanaya ölü vəziyyətində gətirilib.

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Sentyabrın 29-u saat 07:00-da 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib", - məlumatda qeyd olunub.

***

saat 11:14

Azərbaycanda daha bir doğuş faciəsi yaşanıb. 

Lent.az xəbər verir ki, hadisə masallı rayon xəstəxanasında qeydə alınıb. 

Yardımlı rayon Avur kənd sakini, 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qadın doğuşdan əvvəl orada ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1185

Oxşar yazılar