Nokianın adının mənşəyi məlum olub.
Lent.az xəbər verir ki, bir vaxtlar hamının sevimlisi olan, lakin smartfon dövrü ilə də dövrü bağlanan Nokianın adının mənşəyi məlum olub.
Bu gün texnologiya nəhəngi kimi tanınan Nokia əslində səyahətinə cib telefonları ilə deyil, kağız istehsalı ilə başlayıb. 1865-ci ildə Finlandiyalı mədənçi Fredrik İdestam tərəfindən qurulan şirkət ilk fabrikinin uğurundan sonra ikinci fabrikini Nokianvirta çayı yaxınlığında açıb.
Məhz bu məqamda brendin taleyi dəyişir və yeni fabrikinə həmin çaydan ilhamlanan İdestam şirkətini "Nokia" adlandırır.