Zaqatala TƏHLÜKƏDƏ:  bəndi sel apardı, evlər... - VİDEO  - YENİLƏNİB
29 sentyabr 2025 13:21 (UTC +04:00)

Zaqatala TƏHLÜKƏDƏ: bəndi sel apardı, evlər... - VİDEO - YENİLƏNİB

1

Zaqatalada Tala çayının ərazisindəki su bəndi aşıb.

Məsələ ilə bağlı Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov Lent.az-ın sorğusuna cavab olaraq deyib ki, hadisə yerinə texnikalar cəlb olunub, şəhər üçün heç bir təhlükə yoxdur:

“Həmin bənd 1980-ci illərdə inşa olunub. İllərdir ki, qəzalı qəziyyətdədir. O, aşaraq suyun kənarlarına düşüb. Hadisə yerinə gecə texnikalar göndərilib, şəhər üçün heç bir təhlükəli vəziyyət yoxdur. Çayın məcrası dəyişilib.

Ərazidə yeni 300 metrlik mühafizə bəndinin tikilməsi nəzərdə tutulub. Bu prosesin ilin sonuna kimi icra olunması planlaşdırılır”.

Ruslan Poladov onu da qeyd edib ki, gələcəkdə yaxınlıqdakı evlər üçün heç bir təhlükə gözlənilmir:

“Evlər çayın mühafizə ərazisində tikilib. Buna baxmayaraq, yıxılmış bənddən əlavə Sovet dövründə tikilmiş və hazırda torpağın altında bir bənd də var. Əgər nə zamansa, sel suları torpağı yusa belə, həmin bənd suyun evlərə keçməsinin qarşısını alacaq”.

***

10:17

Zaqatalada sel təhlükə yaradıb. 

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, son günlər yağan aramsız və leysan yağışlardan sonra Tala çayına sel gəlib. 

Nəticədə şəhər ərazisindəki bəndi su yuyub.

Hazırda sel suları yaşayış evlərinə daxil olmaq üzrədir. 

Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3922

Oxşar yazılar