Neymarla bağlı yeni QALMAQAL:  Qəlyan çəkir, spirtli içki içir  və...
29 sentyabr 2025 16:15 (UTC +04:00)

Neymarla bağlı yeni QALMAQAL: Qəlyan çəkir, spirtli içki içir və...

0

"Santos"un hücumçusu Neymar həyat tərzi ilə bağlı qalmqalın mərkəzinə düşüb.

Əvvəllər braziliyalının zədə aldığı və təxminən bir ayı buraxacağı bildirilirdi. Lakin sonradan onun ilin sonuna kimi sıradan çıxdığı açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalist Rodolfo Qomes iddia edir ki, sağalmasının gecikməsi təkcə tibbi səbəblərlə bağlı deyil. O, həmçinin Neymarın qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edir - o, spirtli və enerji içkilərindən sui-istifadə edir, qəlyan çəkir və səhər gec yatır.

Futbolçunun nümayəndələrinin buna sərt reaksiya verdiyi, jurnalisti böhtan atmaqda günahlandırdığı və məhkəməyə müraciət edəcəyi ilə hədələndiyi bildirilir. Eyni zamanda Qomes açıqlamasının arxasında dayandığını və məhkəmədə ifadə verməyə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar