"Gözəl insan Cabir İmanov məşq prosesində vəfat etməyib".
Lent.az xəbər verir ki, bu sözləri jurnalist Elvin Elxan sosial şəbəkədə yazıb.
"Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi", - o bildirib.
Allah rəhmət eləsin!